
“Prezident İlham Əliyev dəfələrlə deyib ki, “Ermənistan dünya üçün təhlükəlidir”. Əlbəttə, təhlükəlidir. Dövlətin rəhbəri terrorçu, separatçıdırsa, ondan nə gözləmək olar!?”. Modern.az-ın məlumatına görə, bunu aprelin 2-də Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
O, gənclərə vətənpərvərlik ruhunu aşılamağın vacibliyini vurğulayıb: “Biz gənclərdə vətənpərvərlik ruhunu aşılamalıyıq, beyinlərinə bunu yeritməliyik. Onlar deməməlidirlər, mən biznesmen olmaq istəyirəm. Deməlidirlər, mən hərbçi olmaq istəyirəm. Biri gömrükdə işləmək istəyir, biri biznesmen, polis olmaq istəyir. Nə qədər biznesmen olar? Hamı biznesmen olmamalıdır!”.
Rafiq Qənbərov
Misranə Həsənzadə