“Təhsil müddətinin uzadılması formal xarakter daşıyır. Formadan daha çox məzmuna, keyfiyyətə fikir vermək lazımdır”. Bunu Modern.az-a açıqlama Milli Məclisin Təhsil komitəsinin üzvü Əhməd Vəliyev deyib.
“Təhsil Nazirliyində müzakirə gedərkən bu barədə söhbət getdi ki, yay tətilinin müddəti çox uzundur. Əvvəllər dərslər sentyabrın 1-də başlayır, iyulun 7-ə qədər davam edirdi. Müəllimlər də avqustun 25-dən işə gedilərdi. İndi müddət çox uzundur. Mənə elə gəlir ki, yenilik səhv addım deyil. Bu tələbələrin, pedaqoji işçilərin müəyyən müddətdə yükünün azaldılmasına xidmət edir. Yəni Təhsil Nazirliyi təhsilin yüksək keyfiyyətdə olmasına daha çox diqqət yetirir”.
Deputat xarici təcrübəyə də istinad edib. “Başqa ölkələrdə dərslər sentyabrın 15-də başlayır. Azərbaycan da Avropaya inteqrasiya edir. Amma hər halda ölkəmizin iqlim şəraiti də nəzərə alınmalıdır”.
Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyi tədris müddətinin gələn ilin iyunundan 3 həftə uzadılaması barədə qərar qəbul edib. Bu qərar ölkə ictimnaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Ulduz İBRAHİMOVA