Modern.az

Odessada azərbaycanlı “qanuni oğru” güllələndi

Odessada azərbaycanlı “qanuni oğru” güllələndi

Ölkə

8 Aprel 2014, 11:58

Odessadakı “Bakı axşamı” restoranında kriminal aləmdə Vaxa ləqəbi ilə tanınan 39 yaşlı “qanuni oğru” Baxış Əliyev güllələnib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, onunla birlikdə olan mühafizəçi də vurulub.

Baxış Əliyevə 2004-cü ildə Moskvada tac qoyulub. 2006-cı ildə iş adamını oğurlayıb sonra öldürdüyü üçün saxlanılıb. 2007-ci ildə kriminal aləmin qaydalarını pozduğuna görə “qanuni oğru” titulundan məhrum olunub. Onun zaman-zaman gürcüstanlı “qanuni oğrular” və Ded Xasanla problemi olub, nəticədə Ukraynaya gəlib. 2011-ci ilin dekabrından 2013-cü ilin aprelinədək dörd dəfə saxlanılaraq Ukraynadan çıxarılıb. 2012-ci ilin noyabrında sonuncu deportasiya zamanı İstanbulda gürcü “qanuni oğru”larla davası düşüb və onu möhkəm döyüblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı