Modern.az

İraq prezidenti ölüb - Ölkə rəsmiləri məlumatı gizlətməyə çalışırlar

İraq prezidenti ölüb - Ölkə rəsmiləri məlumatı gizlətməyə çalışırlar

Ölkə

8 Aprel 2014, 12:22

“İraq prezidenti Cəlal Tələbani bir il əvvəl rəhmətə gedib. İraq hakim dairələrində bir çoxları bu barədə məlumatlı olsa da, ölkədə siyasi qarşıdurma yarana biləcəyindən ehtiyat edərək,  informasiya gizli saxlanılır”.

Modern.az saytına diplomatik mənbələrdən verilən məlumata görə, keçən il İraq prezidentinin ölüm xəbərini ilk olaraq Türkiyə mətbuatı yaysa da, ölkənin rəsmiləri məlumatı təkzib etməklə Tələbanı ilə bağlı köhnə lent kadrlarını telekanallarda göztərməyə başladılar.  
Mənbənin sözlərinə görə, İraq qanunlarına görə, əgər ölkə başçısı rəhmətə gedərsə və ya vaxtından əvvəl vəzifədən uzaqlaşarsa, o zaman prezident səlahiyyətləri avtomatik olaraq parlametnin rəhbərinə keçir. Bu isə o deməkdir ki, Cəlal Tələbani ölübsə, prezident səlahiyyətlərini İraq parlamentinin rəhbəri sünni Usama ən Nəcəfi icra etməlidir. Buna isə İraqdakı nə kürdlər, nə də şiələr razıdırlar.
Mənbə onu da vurğulayıb ki, Tələbaninin ölüm xəbəri ilə bağlı rəsmi açıqlama bu ayın 30-da İraqda keçirliləcək parlament seçkilərindən sonra veriləcək.

Xatırladaq ki, 2012-ci il dekabrın 18-də beyninə qan sızması nətəcəsində prezident Cəlal Tələbaninin səhhəti ağırlaşmış, Almaniya klinikalarından birinə yerləşdirilmişdi. Daha sonra onun ölüm xəbəri yayılmışdı. Amma İraqın hakimiyyət dairələri ölüm xəbərini ciddi cəhdlə təkzib etməyə çalışdılar.
Cəlal Tələbani mənşəcə kürddür. O, 2012-ci il noyabrın 11-də İraq parlamentində ikinci dəfə ölkə prezidenti seçilib.

Laçın SƏMLA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı