Modern.az

Prezident Administrasiyasında təyinat alan yeni şöbə müdiri kimdir? - FOTO

Prezident Administrasiyasında təyinat alan yeni şöbə müdiri kimdir? - FOTO

Ölkə

12 Aprel 2014, 11:51

Azərbaycan Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinə yeni müdir təyin edilib. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb. Sərəncama əsasən, PA-nın Siyasi təhlil və informasiya təminatı şöbəsinə Səadət Vidadi qızı Yusifova rəhbər təyin edilib.

Modern.az saytının məlumatına görə, S. Yusifova buna qədər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

O, 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.

S.Yusifova BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünaslari Konfederasiyasinin İdarə Heyətinin üzvüdür. Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlktif edilib.  

Qeyd edək ki, siyasi təhlil və informasiya təminatı şöbəsinə əvvəllər Elnur Aslanov rəhbərlik edib. O, bu il martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən azad olunub. 



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı