Modern.az

İlham Mirzəyevdən şikayət edənlər kimlərdir? - DİN-dən yeni AÇIQLAMA

İlham Mirzəyevdən şikayət edənlər kimlərdir? - DİN-dən yeni AÇIQLAMA

Ölkə

14 Aprel 2014, 12:19


Tanınmış teleaparıcı İlham Mirzəyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Lakin onun konkret olaraq hansı əməldə, kimləri aldatmaqda ittihamlanması naməlum qalır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az-a bildirib ki, hazırda fakt üzrə açıqlama verilə bilməz. Çünki cinayət işi üzrə istintaq aparılır.

“Qanuna görə, istintaqın getdiyi müddətdə heç bir açıqlama verilmir. İlham Mirzəyevin saxlanılmasından başqa istintaq bitmədiyi müddətdə heç bir əlavə izahat, təfsilat olmayacaq”.

Qeyd edək ki, aprelin 12-də Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı İlham Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. İ. Mirzəyev məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, dələduzluğa yol vermədiyini bildirib.  

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı