Modern.az

Bakıdakı “Şanxay” söküləcək - RƏSMİ AÇIQLAMA

Bakıdakı “Şanxay” söküləcək - RƏSMİ AÇIQLAMA

Ölkə

18 Aprel 2014, 17:19


 “Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında yerləşən və “Şanxay” adı ilə tanınan qanunsuz tikililər söküləcək”. Bu barədə Modern.az saytına  “Azəryolservis” ASC- nin sədri, millət vəkili Cavid Qurbanov məlumat verib. O, bildirib ki, gələcəkdə həmin ərazinin sökülməsi planda var.

 “Bildiyimə görə, orada park salınacaq və gözəl yollar tikiləcək”-deyə millət vəkili bildirib.

Qeyd edək ki, Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki “Şanxay” adlanan ərazidən keçən dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. “Şanxay” da mühafizə və sanitar zolağa düşən ərazidir.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı