Modern.az

Bəxtiyar Hacıyev prezidentə məktub yazdı: “Azərbaycandan getmək istəyirəm”

Bəxtiyar Hacıyev prezidentə məktub yazdı: “Azərbaycandan getmək istəyirəm”

Ölkə

23 Aprel 2014, 00:13

“Müsbət Dəyişikliklər” Hərəkatının rəhbəri, ictimai fəal Bəxtiyar Hacıyev son günlər hüquq-mühafizə orqanları tərəfindən əsassız olaraq narahat edilməsindən ciddi narazıdır. Modern.az saytının məlumatına görə, B.Hacıyev bildirib ki, artıq o, Azərbaycandan getmək haqqında düşünür.

Qeyd edək ki, ötən həftə Bakıda yaşayan bir Türkiyə vətəndaşının şikayəti əsasında ona qarşı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Aprelin 22-də isə “NİDA”çı gənclərin məhkəməsi keçirilən binanın ətrafınakı gənclərin içində olan Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb. Daha sonra sərbəst buraxılıb.

“Polis mənə dedi ki, gəncləri sakitləşdir. Mən dedim ki, onların rəhbəri deyiləm”. Bir polis gənc qızı tutmaq istərkən B Hacıyev etiraz edib, buna görə onu saxlayıblar.

Bəxtiyar Hacıyev bildidib ki, aprelin 22-də Nəsimi rayon Polis İdarəsinin rəis müavini Mehman Əliyevin ədəbsizliyi barədə prezident İlham Əliyevə şikayət məktubu yazıb:

”Bu, o Mehman Əliyevdir ki, keçən il küçədə gedən vətəndaşa arxadan təpik və şillə vurmuşdu, amma onunla bağlı heç bir tədbir görülmədi”-deyə o, bildirib.

B.Hacıyev ölkədən getmək haqda da düşünür: “Artıq ciddi-ciddi Azərbaycandan getmək barədə düşünürəm. Adamı o qədər sıxırlar ki, narahat Avropa və Amerika bir tərəfə, adam sabah Rusiya səfirliyinə zəng edib pasport almaq istədiyini bildirmək barədə də düşünür”.

Gənc fəal ANSTV-nin onu qohumu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə bağlamaq cəhdinə də etiraz edib:

”ANS TV mənimlə bağlı xəbər verib, sonda Hafiz Hacıyevin fotosunu qoyub, məni vurmaq üçün ona sığınıblar. İlk dəfə deyil ki, kimsə məni gözdən salmaq üçün son çarə kimi Hafiz Hacıyevə sığınıb, arxasını ona dayayıb. Həmişə də mənə atmaq istədikləri palçıq elə özlərinə qarşı çevrilib, kim məni gözdən salmaq istəyibsə, özü gözdən düşüb.
ANS-ə sözüm yoxdur, onlar canlı efirdə cin çıxarmağa davam etsinlər, cindarlıq alınlarına yazılıb. Sözüm telefonun dəstəyini götürüb ANS-ə "Bəxtiyarı vurun" tapşırığı verən şəxsədir. Kişidirsə, açıq şəkildə müharibə elan etdiyini özümə bildirsin, sonra davam edək”./

B.Hacıyev ANS TV-ni qərəzlikdə suçlayıb:

“ANS TV-nin mənə xüsusi diqqətini yüksək qiymətləndirirəm, amma eyni zamanda onları xəbər hazırlayanda peşəkar olmağa da səsləyirəm. Məsələn, dələduzlar tərəfindən aldadılıram, amma xəbər hazırlayanda "Bəxtiyar Hacıyev dələduzluqda ittiham edilir" deyirlər. Polis mənə qarşı kobudluq edir və məni saxlayır, mən saxlanmağımın səbəbi olmadığına görə çıxıb getmək istəyirəm, "Bəxtiyar Hacıyev polisdən qaçmaq istəyir" deyirlər. Mən ofisdə otururam, polisdən çıxdığımı yazıram, amma onlar bu barədə xəbər vermirlər. Qısacası, səhv də olsa, birtərəfli məlumatı yayırlar, milyonlarla insan, o cümlədən mənim qohumlarım, dostlarım, yaxınlarım bu xəbəri izləyirlər, amma sonra baş verənləri, mənim mövqeyimi verməyi düşünmürlər. Haqqında xəbər hazırladıqları adamın həyatına o xəbərin nə qədər və necə təsir edəcəyini düşünürlərmi?
Dəqiq, qərəzsiz və vicdanlı xəbər hazırlamaq istəyirlərsə, 8 gəncin 5-6 gündür aclıq aksiyası keçirməsi barədə də bir cümlə deyərdilər.
Bir neçə dəfə zəng etdim ANS rəhbərliyindəki tanışlara, izah etməyə çalışdım, amma hər dəfə təkrar olunur”.

A.Qorxmaz 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı