Modern.az

“Azərbaycan müəllimi”nin keçmiş baş redaktoru: “Misir Mərdanov məni işdən çıxarsa da, o, vəzifədən gedəndə kövrəldim” - MÜSAHİBƏ

“Azərbaycan müəllimi”nin keçmiş baş redaktoru: “Misir Mərdanov məni işdən çıxarsa da, o, vəzifədən gedəndə kövrəldim” - MÜSAHİBƏ

Ölkə

24 Aprel 2014, 10:30

Modern.az saytı “Azərbaycan müəllimi” qəzetinin keçmiş baş redaktoru Valeh Mirzə ilə müsahibəni təqdim  edir.

-Valeh müəllim, hazırda harada çalışırsınız?

- Heç yerdə işləmirəm. Düz 7 ildir işsizəm. 1981-84-cü illərdə müəllim işləmişəm, sonrakı illərdə isə  pedaqoji mətbuatda çalışmışam. «Azərbaycan pioneri» (indiki  "Savalan")  və "Azərbaycan müəllimi" kimi mötəbər qəzetlərdə müxbir, baş redaktor müavini, baş redaktor olmuşam. Yeni Azərbaycan Partiyasının üzvüyəm.

- Siz özünüz işdən çıxmısınız, yoxsa çıxarıblar?

- Formal olaraq öz ərizəmlə çıxmışam, əslində isə çıxarılmışam.

-  Bu, nəylə bağlı oldu?

- Bu çox uzun söhbətdir, ancaq qısaca onu deyə bilərəm ki, məhz nöqsana yol vermədiyimə görə işdən çıxarılmışam. Xahiş edirəm bu məsələni  çox dərinləşdirməyin, o günlər yadıma düşəndə dünya başıma fırlanır.

- İşlə təmin olunmaq üçün kimlərə müraciət etmisiniz?  

- Ötən il Mətbuat Günü münasibətilə keçirilən tədbirdə mənim məktubum Cənab Prezidentə  əlbəəl təqdim olunub. Şübhəsiz o da təhsil nazirinə  ünvanlayıb ki, təbdir görülsün, amma… nə isə hələ ki bir nəticə yoxdur.

- Hakimiyyəti təbliğ edən yazar kimi tanınırsınız. Hətta buna görə  bir neçə dəfə müxalifət mətbuatının tənqidlərinə də tuş gəlmisiniz. Bütün bunlara rəğmən  əməyiniz qiymətləndirilibmi?

- Mən haqqı təbliğ və  müdafiə edirəm. Mükafatımı da Ulu Tanrıdan gözləyirəm.

- Prezident Administrasiyasının kitabxanasında dövlətçiliklə bağlı yazılarınız, kitablarınız  yer alıb.

- Ən gözəl kitabımı hələ çap etdirməmişəm. İşsizlik ucbatından 4 kitabım sandıq ədəbiyyatına çevrilib. İnşallah düzələr. Əlli illik yubileyim ərəfəsində  Misir Mərdanov  mənim haqqımda  Prezidentə təqdimat göndərmək əvəzinə işdən çıxartdı. Mükafatım da bu oldu. Amma o işdən çıxarılanda mən hədsiz dərəcədə kövrəldim, - heç olmasa  bir müddət balalarım onun çörəyini yeyib, - düşündüm. Mən belə tərbiyə olunmuşam,  nə edim?! İki dövlət qəzetinin baş redaktoru ola-ola ömrüm boyu kirayənişin olmuşam. Bunu hamıdan yaxşı nazir bilirdi. Görünür ürəyi daşdan imiş.

Natiq Şahbazov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı