Modern.az

Qafqaz Müsəlmanları İdarəsi: “MERS virusu ilə bağlı tibbi şərtlərə əlavələr ola bilər”

Qafqaz Müsəlmanları İdarəsi: “MERS virusu ilə bağlı tibbi şərtlərə əlavələr ola bilər”

Ölkə

28 Aprel 2014, 13:51

 

“Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi hər il həcc ziyarəti ilə bağlı tibbi şərtləri göndərir. Bu ilə də Qafqaz Müsəlmanları İdarəsinə həmin şərtlər gəlib.

Əgər həmin şərtlərə əlavə olaraq Ərəbistan yarımadasında yayılan MERS virus ilə əlaqədar yeniliklər olarsa, İdarə ona əməl etməli olacaq. Lakin hələlik Səudiyyə Ərəbistanından heç bir müraciət daxil olmayıb”. Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsindən isə bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında MERS virusuna yoluxanların sayı artmaqda davam edir. Təkcə bu həftə Ər-Riyadda 11 nəfərin bu virusa yoluxduğu elan edilib. Hələ ki virusa qarşı peyvənd mövcud olmadığından mütəxəssislər xeyli sayda insan tələfatının olacağını ehtimal edir. Öldürücü virusun dəvələrdən yoluxduğunu güman olunur. Qeyd edək ki, 2012-ci ilin sentyabrından qeydiyyata düşən 153 nəfərin laboratoyada karanavirusa yoluxduğu təsdiqlənib. Bu müddət ərzində virus 93 nəfərin həyatına son qoyub.  Yaxın vaxtlarda Həcc ziyarəti başlandığından artıq bir neçə ölkə ciddi tədbirlər görməyə başlayıb.

Bu il Azərbaycandan Həcc ziyarətinə 3200 zəvvar gedəcək.

 

Gültəkin ƏLƏSGƏR

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı