“Politoloq Arif Yunusun vəziyyəti kəskin pisləşdiyindən təcili yardım maşını onu xəstəxanaya aparıb.
Leyla Yunus isə hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsindədir”. Bu barədə Modern.az saytına vəkil Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, A. Yunus Kliniki Tibbi Mərkəzə aparılıb.
Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirova “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlayandan sonra hüquq müdafiəçisi Leyla Yunusun da həbsi gündəmə gəlib. L.Yunus və onun həyat yoldaşı Qətərə yola düşərkən aeroportda saxlanılıb.
Modern.az