Modern.az

Deputat “Bakı Metropoliteni”ni qınadı: “Rəsulzadə ilə bağlı vicdanlı davranın”

Deputat “Bakı Metropoliteni”ni qınadı: “Rəsulzadə ilə bağlı vicdanlı davranın”

Ölkə

29 Aprel 2014, 14:33

“Məncə, “28 May” metrosunda Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətini xatırladan atributların olması vacibdir. Rəsulzadənin portreti olmasa belə, Xalq Cümhuriyyəti xatırladan müəyyən nişanələrin olmasını yerləşdirmək daha yaxşı olar. Ən azı Dövlət Bayrağının şəkli olmalıdır. Metropoliten rəhbərliyi buna önəm vermirsə, özünü hörmətdən salır”. Bunu Modern.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

Deputat  Məhəmməd Əmin Rəsulzadə haqqında Prezidentin sərəncamını xatırladıb. “Kimlərsə bu mövzuda hələ də tərəddüd edirsə, Prezidentin sərəncamına baxsa yaxşıdır. Çox təəssüf ki, bəzi insanlar müəyyən məsələlərdə öz üzərinə düşəni etməkdə vicdanlı davranmırlar”.

Qeyd edək ki, Bakı Metropoliteninin “28 May” stansiyasında təmirdən Rəsulzadənin portreti çıxarılıb. Təmir əsnasında Rəsulzadənin portreti, eyni zamanda divarlardakı bayraq, gerb və digər atributlar yerinə qoyulmayıb.

 

Rafiq Qənbərov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı