“Bu gün nikaha girənlərin 9-11%-nin uşağı olmur. Yəni təxminən 9 min nəfər övladsız qalır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli jurnalistlərə açıqlamasında belə deyib.
Dini nöqteyi-nəzərdən qanunda süni mayalanmanın tətbiq olunması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin də mövqeyinin müsbət olduğunu deyən deputatın sözlərinə görə, qanunda bütün bunlar nəzərə alınıb. “Süni mayalanma zamanı kənar şəxsin yalnız bir dəfə donor olmasına icazə veriləcək. Təbii ki, bunun da səbəbləri var. Gələcəkdə bir nəfərin bir neçə dəfə donor olması bacı-qardaş nikahlarına səbəb ola bilər. Şeyx də qanunda bir nəfərin bir neçə dəfə donor olmasına etiraz etdiyindən biz qanunda bu kimi problemləri nəzərə aldıq”.
Gültəkin ƏLƏSGƏR