2010-cu ilin oktyabr ayında Müsavat Partiyasının başqanı İsa Qəmbər, Gürcüstandan Respublika Partiyasının sədri David Usupaşvili və Ermənistandan Erməni Ümummilli Hərəkatı İdarə Heyətinin sədri Aram Manukyan Almaniyanın Potsdam şəhərində birgə bəyannaməyə imza atıblar. Bu proses Azərbaycanda birmənalı qarşılanmamışdı və Müsavat Partiyasının əleyhinə ittihamlar da səslənmişdi.
“Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunmasında sonra “xalq diplomatiyası” məsələsi yenidən gündəmə gəldi və daha çox tənqid hədəfinə çevrildi.
Bəs Erməni Ümummilli Hərəkatı ilə birgə imzalanan bəyannamə indiki proseslər fonunda Müsavat Partiyasında hər hansı diskomfort yaratmır ki?
Bu barədə Modern.az saytının suallarını cavablandıran Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, təmsil etdiyi qurumda heç bir narahatlıq yoxdur. Partiya rəsmisinin sözlərinə görə Müsavatın imzaladığı bəyannamə Cənubi Qafqazda sülhün, demokratiyanın bərqərar olunmasına xidmət edir. “Orda Azərbaycan xalqının mənafeyinə, dövlətçilik əleyhinə zidd olan heç bir məsələ yoxdur”. G. Aslanlı qeyd edib ki, bu, Müsavat Partiyasının Erməni Milli Hərəkatının gələcəkdə təşkil edəcəyi tədbirə qatılacağı anlamına da gəlmir. “Beynəlxalq təşkilatlar Cənubi Qafqazda sülh və demokratiyanın təmin olunması istiqamətində müəyyən addımlar atırlar. Müsavat Partiyası bütün halları ölçüb-biçib. Biz Azərbaycanın milli maraqlarına və dövlətçiliyinə nəsə yoxdur”.
Aqşin Kərimov