Modern.az

Azərbaycanda 124 min dəli varmış: hər 100 min nəfərə 52 psixi xəstə düşür – RƏSMİ STATİSTİKA

Azərbaycanda 124 min dəli varmış: hər 100 min nəfərə 52 psixi xəstə düşür – RƏSMİ STATİSTİKA

Ölkə

2 May 2014, 11:12

2013-cü ildə Azərbaycanda ruhi dispanserlərdə qeydiyyatda olan xəstələrin sayı 124 min nəfər olub.

 

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli Modern.az-a açıqlamasında bildirib ki, bu, rəsmi qeydiyyatda olanların sayıdır. “Özü-özlüyündə bu o demək deyil ki, ruhi xəstələrin hamısı xəstəxanada müalicə alır. “Bu şəxslərin bir qismi evində müalicə alır, ya da qismən sağalıb”.

Rəsmi statistikaya görə, ötən il 4948 nəfərə ilk dəfə psixi xəstə diaqnozu qoyulub. Yeri gəlmişkən, 2013-cü ildə Azərbaycanda ilk dəfə psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı 2012-ci illə müqayisədə cəmi 44 nəfər azalıb (4904).

Müalicə-profilaktika müəssisələrində qeydiyyata düşənlərin sayı 2012-ci ildə 121.139 nəfər olubsa, 2013-cü ildə 2.995 nəfər artaraq 124.134 nəfər təşkil edib. 2013-cü ildə müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı, əhalinin hər 100 min nəfərinə isə 1326,6 nəfər düşüb.
Ümumən ölkədə ilk dəfə ruhi xəstə diaqnozu qoyulmuş xəstələrin statistikasına əsasən, əhalinin hər 100 min nəfərinə 52,7 psixi xəstə düşür.

 

Gülşən Raufqızı  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı