Modern.az

“Sovetski”də 701 əmlak sahibinin bank hesabına pul köçürülüb

 “Sovetski”də 701 əmlak sahibinin bank hesabına pul köçürülüb

Ölkə

2 May 2014, 13:03
 

Bir müddət əvvəl söküntü başlayan “Sovetski”də gərginlik nisbətən səngiyib. Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra hakimiyyətinin nəzdində yaradılan komissiyanın sədri Səməd İslamov Modern.az-a “Sovetski”dəki son durumla bağlı məlumat verib. Onun sözlərinə görə, bu günə qədər 737 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, 701 əmlak sahibinin bank hesabına vəsait köçürülüb: “Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Şərtləri qəbul etməyərək, kompensasiyanın artırılmasını istəyən vətənaşlar isə evlərində yaşamağa davam edir. Onları heç kimi zorla çıxara bilməz”.

Komissiyanın sədri deyib ki, 1050 ailə şərtləri qəbul edərək evlərini satmağa razılaşıb: “Söküntü ərazisinə düşən 2950 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, 60 mənzil və qeyri-yaşayış sahəsi isə sökülüb”.

Qeyd edək ki, “Sovetski”məhəlləsinin sökülməsindən sonra heç bir yeni tikinti işləri aparılmayacağı, ərazidə böyük park salınacağı bildirilir.

Gülşən Raufqızı

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı