Modern.az

Ramiz Mehdiyevin oğlu nazir müavini təyin olundu, general rütbəsi verildi

Ramiz Mehdiyevin oğlu nazir müavini təyin olundu, general rütbəsi verildi

Страна

5 May 2014, 16:15

Modern.az saytı xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.
Digər sərəncamla fövqəladə hallar nazirinin yeni müavini Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib. 
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur.

Teymur Mehdiyev bu təyinatadək Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tuturdu.Daha öncə isə  mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı