Modern.az

Əli Əhmədov Gülər Əhmədovanın azadlığa buraxılmasından danışdı

Əli Əhmədov Gülər Əhmədovanın azadlığa buraxılmasından danışdı

Ölkə

6 May 2014, 12:22

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov sabiq deputat  Gülər Əhmədovanın azadlığa çıxmasına münasibət bildirib. Modern.az saytı xəbər verir ki, YAP rəsmisi olayla bağlı belə deyib:

“Hesab edirəm ki, istənilən insanı bağışlamaq olar. Hüquqi baxımdan hadisəyə qiymət verilib, hüquq öz işini görüb. Sırf insanı münasibətlər ifadə olunur. Bir qadın kimi azyaşlı uşağının olması və  digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə bir qərar  qəbul olunub. Belə bir qərarın qəbul olunması səlahiyyətlər çərçivəsindədir. İnsanpərvərlik hisslərindən çıxış edərək qərar qəbul olunub. Ümumiyyətlə istənilən insanın cəzaçəkmə müəssəilərinə göndərilməsində gözlənilən yeganə məqsəd onun cəzalandırılması deyil”,-deyə Ə. Əhmədov qeyd edib.
 

O, G. Əhmədovanın məmur postu tutacağı ilə bağlı sualı isə belə cavablandırıb. “Hadisələri qabaqlamayaq. Düşünmürəm ki, bu gün Gülər Əhmədova üçün  başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir . YAP-ın üzvlüyündən insanın çıxarılması və onun yenidən YAP-a üzvlüyünün bərpa olunması  daha çox mənəvi əxlaq məsələsidir.YAP  olaraq məsələyə bu cür də qiymət verəcəyik. YAP öz nizamnaməsinə uyğun şəkildə lazım gələcəyi halda istənilən şəxslərlə əlaqədar qərarlarını qəbul edir Gülər Əhmədovanın YAP-a üzv olması nə onu düşündürür, nə də bizi”.


Namidə Bingöl

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı