Modern.az

Əli İnsanovun işinə Nazirlər Komitəsi baxacaq

Əli İnsanovun işinə Nazirlər Komitəsi baxacaq

Ölkə

7 May 2014, 10:55

 
Uzun müddətdir ki, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun işinə Avropa Şurasının (AŞ) Nazirlər Komitəsində baxılacaq. Bu barədə Modern.az-a Əli İnsanovun vəkili Toğrul Babayev deyib. O bildirib ki, Azərbaycan tərəfi Əli İnsanov barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarı yerinə yetirmədiyindən keçmiş səhiyyə naziri Avropa Şurasının ən yüksək instansiyasına şikayət edib. Bu məsələ ilə əlaqədar Nazirlər Komitəsi 3-5 iyunda iclas keçirəcək və Azərbaycan hökumətindən izahat tələb edəcək.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. Onu və bir qədər əvvəl əfv fərmanı ilə azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi dövlət çevrilişinə cəhd ittihamı ilə həbs etmişdilər. Bu ittiham üzrə icraatın taleyi bu günə qədər bəlli deyil. Sonradan Ə.İnsanova və F.Əliyevə iqtisadi sahədə cinayətkarlıqla bağlı ittihamlar irəli sürüldü. Ə.İnsanov 11 il müddətinə azadlıqdan məhrum edildi. Onu da deyək ki, Əli İnsanov bu günə kimi heç vaxt əfv olunması üçün müraciət etməyib.

  Gültəkin ƏLƏSGƏR
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...