
“Keçən il qəbul olunmuş müvafiq qaydalara uyğun olaraq bu il də buraxılış imtahanından “2” qiymət almış XI sinif şagirdləri ali və orta ixtisas müəssisələrinə, IX siniflər isə orta ixtisas müəssisələrinə sənəd verə, qəbul imtahanında iştirak edə biləcəklər”.
Bunu Modern.az saytına açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə deyib.
Qeyd edək ki, iyunun 8-də bu ilin ilk buraxılış imtahanı keçirilib. İmtahanlarda iştirak etmiş 39 731 IX sinif şagirdindən 4808-i Ana dili, 6501-i isə Riyaziyyat fənnindən “2” qiyməti alıb.
XI sinif şagirdlərindən isə 29 869-u imtahanda iştirak edib. Onlardan 1746-sı Ana dili, 2674-ü isə Riyaziyyat fənnindən “2” qiyməti alıb.
Misranə Həsənzadə