Modern.az

Tələbə Qəbulu Komissiyası: “Bu il 16 bal toplayanlar da qəbul olunacaqlar”

Tələbə Qəbulu Komissiyası: “Bu il 16 bal toplayanlar da qəbul olunacaqlar”

Ölkə

15 İyun 2014, 00:00


Məlum olduğu kimi, 9-cu sinifi bu il bitirən şagirdlər üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq və bu məzunlar kolleclərə əlavə imtahan verməyəcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytına verilən məlumata görə,
əvvəlki illərin məzunları üçün isə qəbul imtahanı iyunun 29-da keçiriləcək. Əvvəlki illərin məzunu olan gənclərin imtahan mərkəzləri üzrə bölgüsünü təşkil etmək və digər çoxsaylı hazırlıq işləri ilə əlaqədar olaraq ərizələrinin qəbulu 13 iyun tarixində başa çatıb.

Ümumi orta təhsil müəssisələrinin 9-cu sinifini 2014-cü ildə bitirən şagirdlər üçün isə ərizə qəbulunun son müddəti 30 iyun saat 23:59 müəyyən olunub. Qeyd edək ki, həmin gənclər ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən internetlə özləri təsdiq edə bilərlər.

TQDK bildirib ki, istər 9-cu sinifi bu il bitirən, istərsə də əvəlki illərin məzunları üçün hər bir fənn üzrə abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur.

Yəni bu o deməkdir ki, 9-cu sinifi bu il bitirən məzunlar kolleclərə qəbul zamanı maksimum 60 bal toplaya bilərlər ki, bu da ən yaxşı nəticə olacaq.

İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı