Modern.az

Daha 2 erməni əsgəri öldürüldü - YENİLƏNİB

Daha 2 erməni əsgəri öldürüldü - YENİLƏNİB

Ölkə

20 İyun 2014, 13:28

İyunun 19 və 20-də iki Ermənistan ordusunun iki hərbçisi ölüb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisənin biri ayın 19-da Qarabağdakı hərbi postda, digəri isə bu gün Ararat vilayətində,  Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində baş verib.
Ölən hərbçiləri adları hələ ki açıqlanmır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan isə onların Azərbaycan tərəfdən açılan atəş nəticəsində öldüyü ehtimalını irəli sürüb.

***

Ermənistan Müdafiə Nazirliyi ölən əsgərlərdən birinin adını açıqlayıb. Ermənistan-Naxçıvan sərhədində aldığı güllə yarasından ölən Sisyan rayonundan hərbi xidmətə çağırılan 20 yaşlı Qrişa Xaçatryan olub.

Azərbaycan-Ermənistan təmas xəttinin Xocavənd istiqamətində öldürülən erməni əsgərinin də adı məlum olub. Bunun müqavilə əsasında xidmət edən baş çavuş Narek Poqosyan olduğu bildirliir. Əslən Qarabağ ermənisi olan Poqosyan 1988-ci il təvəllüdlüdür.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı