Modern.az

Xankəndi gənclər mərkəzinə çevrilir - Hikmət Hacıyev

Xankəndi gənclər mərkəzinə çevrilir - Hikmət Hacıyev

Ölkə

Bu gün, 15:34

Xankəndi şəhəri gənclər mərkəzinə çevrilir.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Xankəndində Qarabağ Universitetində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Xankəndi yeni həyat qazanaraq Cənubi Qafqazın ən dinc şəhərlərindən birinə və gənclər mərkəzinə çevrilir.

"Ümumilikdə, Qarabağ innovasiyalar, inkişaf, tikinti və bərpa ərazisidir. Son beş ildə Azərbaycan diqqətini bu proseslərə yönəldib və münaqişədən sonrakı bərpanın nadir nümunələrindən birini təşkil edir, burada ölkə öz resursları, maliyyə imkanları və institusional mexanizmləri hesabına ərazilərin bərpasını, demək olar ki, sıfırdan həyata keçirir", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu