Modern.az

Süni intellekt müraciətlərin daha səmərəli idarəsinə imkan verəcək - DEPUTAT

Süni intellekt müraciətlərin daha səmərəli idarəsinə imkan verəcək - DEPUTAT

Ölkə

Bu gün, 14:48

“Vətəndaşların müraciətləri haqqında” qanuna təklif olunan dəyişikliklər yalnız texniki yenilik deyil, dövlət-vətəndaş münasibətlərində keyfiyyətcə yeni mərhələyə keçidin əsasını qoyur. Bu layihə müraciətlərin sadəcə qəbulu və cavablandırılması deyil, onların sistemli şəkildə idarə olunmasını hədəfləyir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nigar Məmmədova  “Vətəndaşların müraciətləri haqqında”  qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Bildirilib ki, Vahid elektron sistemin qurulması müraciətlərin gecikməsi və ya yanlış istiqamətləndirilməsi kimi neqativ halların qarşısını almağa xidmət edir. Bu, eyni zamanda qərarvermə prosesində operativliyi artırır və dövlət qurumlarının məsuliyyətini daha da gücləndirir.

"Hesab edirəm ki, burada əsas məsələ yalnız elektronlaşma deyil, bu sistemin ağıllı və nəticəyönümlü idarə olunmasıdır. Qanun layihəsi bu baxımdan gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi üçün ciddi hüquqi zəmin yaradır" - deyə deputat vurğulayıb.

O bildirib ki, süni intellekt vasitəsilə müraciətlərin avtomatik təsnifatı və düzgün yönləndirilməsi prosesləri sürətləndirə bilər. Daha vacibi isə ondan ibarətdir ki, sistem daxilində toplanan məlumatların analizi bizə təkrarlanan problemləri üzə çıxarmağa imkan verəcək. Bu isə artıq tək-tək müraciətlərə reaksiya vermək deyil, problemlərin köklü həllinə yönəlmiş yanaşmadır.

"Eyni zamanda, süni intellekt alqoritmləri gecikmələr, qeyri-standart qərarlar və şübhəli hallar üzrə erkən xəbərdarlıq mexanizmlərinin formalaşdırılmasına şərait yarada bilər. Bu isə korrupsiya risklərinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Bundan əlavə, müraciətlərin dinamikasının təhlili gələcək yüklənmənin proqnozlaşdırılmasına imkan verəcək ki, bu da dövlət qurumlarında resursların daha düzgün və səmərəli bölüşdürülməsini təmin edəcək".

"Elektronlaşma bu sahədə məqsəd deyil, vasitədir. Əsas məqsəd daha effektiv, daha şəffaf və vətəndaşa yönəlmiş idarəetmə modelinin qurulmasıdır. Əlbəttə, bütün bu proseslər şəffaflıq, məlumat təhlükəsizliyi və insan nəzarəti prinsipləri çərçivəsində həyata keçirilməlidir. Əsas məqsəd vətəndaş müraciətləri sistemini dövlət idarəçiliyinin aktiv və strateji alətinə çevrilmesidir" - sonda N. Məmmədova deyib.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu