Modern.az

İran ABŞ-la uzunmüddətli atəşkəs üçün yeni təklif verdi

İran ABŞ-la uzunmüddətli atəşkəs üçün yeni təklif verdi

Dünya

Bu gün, 17:10

İran ABŞ-la uzunmüddətli atəşkəsin müzakirəsi üçün yeni təklifin mətnini Pakistana təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bundan əvvəl "Axios" portalı yazırdı ki, İran ABŞ-a Hörmüz boğazının açılmasını və nüvə məsələsinin müzakirəsinin daha sonraya saxlanmasını nəzərdə tutan razılaşma təklif edib.

Vaşinqton və Tehran 8 aprel tarixində iki həftəlik atəşkəs elan etmişdilər. Bundan sonra İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb. Eyni zamanda, döyüş əməliyyatlarının bərpası barədə məlumat verilməsə də, ABŞ İran limanlarına blokada tətbiq etməyə başlayıb. Vasitəçilər yeni danışıqlar mərhələsini təşkil etməyə çalışırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu