Modern.az

Araqçı Kallas ilə nə danışıb?

Araqçı Kallas ilə nə danışıb?

Dünya

Bu gün, 15:22

İranın xarici işlər naziri Abbas Araqçı ilə Avropa İttifaqının (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, danışıq barədə İran xarici işlər naziri paylaşım edib.

Diplomatın sözlərinə görə, o və Kallas regionda və beynəlxalq siyasi səhnədə baş verən son hadisələri müzakirə ediblər. O, əlavə məlumatın daha sonra çatdırılacağını qeyd edib.

Xatırladaq ki, 29 apreldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ üzv dövlətlərinin ABŞ və İran arasındakı münaqişənin nəticələri ilə illərlə məşğul olmağa məcbur qalacağına əminliyini bildirib. O, bu hadisəni hər kəsin üzləşməli olacağı "sərt reallıq" adlandırıb.

Fon der Leyen vurğulayıb ki, regionda sülh və sabitlik diplomatiya yolu ilə bərpa olunmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu