
1 iyul 2014-cü il tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsində (Xan Şuşinski küçəsi, 17) Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (bağlanmış türk liseylərin) təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq.
Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qəbul zamanı seçim məqsədi ilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, iyunun 18-də Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Bu liseylərdə minlərlə şagird təhsil alırdı. Onlardan hətta növbəti tədris ili üçün təhsilhaqqının müyyən məbləği də yığılmışdı.
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin 11 ümumtəhsil müəssisəsi bağlanıb. Bunlar aşağıdakılardır:
Ağdaş Liseyi
Bakı Liseyi
“Dədə Qorqud” Liseyi
“Qafqaz” Gimnaziyası
Gəncə Liseyi
Quba Liseyi
Lənkəran Liseyi
Mingəçevir Liseyi
Sumqayıt Liseyi
Şəki Liseyi
Şirvan Liseyi.
Modern.az