Modern.az

Türkiyənin yeni birinci ledisi kim olacaq? - FOTOLAR

Türkiyənin yeni birinci ledisi kim olacaq? - FOTOLAR

Ölkə

7 İyul 2014, 10:53

Türkiyədə  avqustun 10-da ilk dəfə seçki yolu ilə ölkənin yeni prezidenti ilə yanaşı, yeni birinci ledisinin də kimliyi məlum olacaq. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki,

7 ildir Çankaya köşkünə ev sahibliyi edən prezident Abdulla Gülün həyat yoldaşı Hayrunnisə Gülün ardından kimin, belə demək olarsa “seçilmiş ilk birinci ledi” titulunu əldə edəcəyi indidən maraqları cəlb edib.

Türkiyənin yeni birinci ledisinin ABŞ modelində olduğu kimi, həm seçki müddətində, həm də sonrasında aktiv olacağı gözlənilir.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə namizədi indiki baş nazir Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Cümhuriyyət Xalq Partiyasını (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) ortaq namizədi Ekmeleddin İhsanoğlunun həyat yoldaşı Füsun İhsanoğlu və Xalqlarin Demokratik Partiyasının (HDP) prezidentliyə namizədi Səlahəddin Demirtaşın həyat yoldaşı Başaq Demirtaş yeni birinci lediliyə namizədlərdir.



1955-ci ildə İstanbulda dünyaya gələn Əminə Ərdoğanın ana və atası Siyirtdəndir. İdealist Qadınlar Dərnəyinin fəaliyyətlərinə qatılan Əminə Ərdoğan Tayyib Ərdoğan ilə 1977-ci ildə bu vəsilə ilə qatıldığı bir konfransda tanış olub. 1978-ci il iyulun 4-də evləniblər. Burak, Sümeyye, Bilal və Əsra adında 4 uşaqları var. Ancaq onlar yalnız həyat yoldaşı deyil, siyasətdə də eyni yolda yoldaş olublar. Tayyib Ərdoğanın siyasətdə ilk addımını atdığından bu günlərə qədər Əminə Ərdoğan həmişə həyat yoldaşının yanında olub, ən böyük siyasi dəstəkçisi kimi çıxış edib. Əminə Ərdoğanı birinci lediliyə digər namizədlərdən fərqləndirən ən əhəmiyyətli xüsusiyyəti siyasi təcrübəsinin daha çox olmasıdır.
Baş nazir ilə bütün mitinq və təşkilatlara qatılan Əminə Ərdoğan bir çox vətəndaş cəmiyyət təşkilatında da fəaldır.



MHP və CHP-nin ortaq namizədi Ekmeleddin İhsanoğlunun həyat yoldaşı əczaçı Füsun İhsanoğlunun babası Demokratik Partiyasından millət vəkili olan Ünal Gipslidir.
O, 1971-ci ildə İhsanoğlu ilə evlənib.
İhsanoğlunun İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etdiyi 10 il müddətində 57 İslam ölkəsində təhsil, sağlamlıq və qadın problemlərinə istiqamətli işlər icra edib.
Bu cütlüyün Toğrul, Əziz və Orxan adlarını daşıyan 3 oğlu var.



Xalqların Demokratik Partiyasının Səlahəddin Demirtaşın həyat yoldaşı Başaq Demirtaş müəllimədir. O, həyat yoldaşının aktiv siyasət həyatında ön plana çıxmamağa üstünlük verir.
Demirtaş ilə Başaq Demirtaşın tanışlığı Ankara Universiteti hüquq fakültəsində oxuduğu illərdə başlayıb. Cütlüyün Delal və Dilda adlı 2 qızları var.
Başaq Demirtaş ən son həyat yoldaşının lideri seçildiyi HDP-nin konqresində özünü göstərib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?