Modern.az

Bakıda yeni üçəm doğuldu - FOTO

Bakıda yeni üçəm doğuldu - FOTO

Ölkə

7 İyul 2014, 12:03

Bakıda doğuş nəticəsində üçəm dünyaya gəlib. “1 saat əvvəl baş verən doğuş “Oksigen” klinikasında gerçəkləşib”.
Bu barədə Modern.az saytına doktor, qadın doğum uzmanı Hakan Tanrıverdi yeni övlad dünyaya gətirən ailənin icazəsi əsasında məlumat verib.

Həkimin sözlərinə görə, bu, 35 yaşlı ana Mətanət Əhmədovanın birinci hamiləliyidir.
“3 qız övladı dünyaya gəlib. Doğuş keysər əməliyyatı ilə həyata keçirilib, cəmi 40 dəqiqə çəkib. Uşaqların çəkisi 2,5 kq, 2, 250 kq, 2,1 kq-dır. Ana və uşaqların vəziyyəti normaldır”-deyə həkim bildirib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?