Modern.az

Deputat: Uşaqların gözü qarşısında qurban kəsilməsi məişət zorakılığına yol açır 

Deputat: Uşaqların gözü qarşısında qurban kəsilməsi məişət zorakılığına yol açır 

Ölkə

Bu gün, 12:00

Qurban bayramı zamanı uşaqların gözü qarşısında heyvanların kəsilməsi narahatlıq doğurur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bəzi valideynlər uşaqları da qurban kəsilən yerlərə aparırlar və azyaşlılar heyvanların kəsilməsini, qan görüntülərini görürlər.

Onun sözlərinə görə, Məhəmməd Peyğəmbər başqa heyvanın qarşısında heyvan kəsilməsini də düzgün hesab etməyib:

“Biz çox təəssüflə müşahidə edirik ki, bəzi uşaqların gözü qarşısında heyvanlar kəsilir. Məişət zorakılığı buradan başlayır”.

Qüdrət Həsənquliyev qeyd edib ki, uşaqlar bu cür hallardan qorunmalıdır:

“Valideynlər uşaqlarını aparırlar qurban kəsməyə və orada heyvanın qanını görərək ona baxırlar. Bunu təkcə maariflənmə ilə başa düşmək mümkün deyil. Dövlət orqanları ciddi addımlar atmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı