Modern.az

Azərbaycanda qadın sığınacaqlarının sayı artırılmalıdır - DEPUTAT

Azərbaycanda qadın sığınacaqlarının sayı artırılmalıdır - DEPUTAT

Ölkə

Bu gün, 12:10

Azərbaycanda qadın sığınacaqlarının sayının artırılmasına ehtiyac var.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, qadın sığınacaqlarının sayının artırılması istiqamətində addımlar atılmalıdır və bu məsələnin aktuallığı getdikcə daha da artır.

Onun sözlərinə görə, selektiv abortların qarşısının alınması istiqamətində də ciddi tədbirlərə ehtiyac var:

“Düşünürəm gender bərabərliyinin pozulduğu sahələrdən biri də budur. Bu həm də Azərbaycan xalqının genefonduna ciddi ziyan verən məsələdir”.

Ceyhun Məmmədov qeyd edib ki, qohum nikahlarına nəzarət daha da gücləndirilməlidir:

“Yaxşı bir qanun qəbul etdik. Ancaq bu sahəyə müvafiq qurumlar tərəfindən nəzarətin daha da gücləndirilməsinə ehtiyac var”.

Deputat erkən nikah probleminin də aktual olaraq qaldığını vurğulayıb.

O bildirib ki, qızların təhsildən yayındırılması halları da narahatlıq doğurur:

“Təəssüf ki, dini əsası olmasa da, bu bəzən dini etiqadla əlaqələndirilir”.

Ceyhun Məmmədov əlavə edib ki, boşanmaların sayının sürətlə artması və gənclərin ailə qurmaq istəməməsi ciddi narahatlıq yaradır.

Deputat hesab edir ki, bütün bu məsələlər nəzərə alınaraq yeni dövlət proqramının qəbuluna ehtiyac var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı