Modern.az

Kəlbəcərə getmiş üçüncü azərbaycanlı - ermənilər Həsən Həsənov haqda dezinformasiya yaya bilərlər...

Kəlbəcərə getmiş üçüncü azərbaycanlı - ermənilər Həsən Həsənov haqda dezinformasiya yaya bilərlər...

Ölkə

15 İyul 2014, 22:41


Üç azərbaycanlı mülki şəxsin Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna getməsi bir neçə gündür Ermənistan mediasının baş xəbərinə çevrilib. Erməni tərəfi Kəlbəcərdə iki azəbaycanlının girov götürüldüyünü, bir soydaşımızın isə silahlı müqavimət zamanı öldürüldüyünü bəyan edirlər.
Görünən odur ki, həmin mülki azərbaycanlıları “diversant” adlandıraraq, hay-həşir salan ermənilərin üç soydaşımızın Kəlbəcərdə qəfil peyda olmasından bərk həyəcanlanıblar…

Düşmən tərəfi iddia edir ki, 11 iyul tarixində baş vermiş olay zamanı – azərbaycanlılar ələ keçirilərkən 42 yaşlı Sarkis Abramyan adlı erməni mayor ölüb, 37 yaşlı Karina Davtyan adlı qadın isə yaralanıb.

Modern.az-n məlumatınana görə, bu barədə düşmən KİV-nə danışan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsvik Ovannisyan nədənsə 37 yaşlı Karina Davtyan adlı qadının vəzifəsi və hadisə ərazisində nə etdiyini açıqlamayıb.

Yeri gəlmişkən, erməni tərəfi öldürülən azərbaycanlının hələki nə kimliyini açıqlayıblar, nə də meyitinin şəklini yayıblar.

Bu isə düşmən tərəfin həmin soydaşımızla bağlı dezinformasiya yaya biləcəyini mümkün edir. Bəlkə də o, öldürülməyib, qaçıb meşədə gizlənib, ermənilər isə bilərəkdən yalan xəbər yaymaqla məşğuldur...

Erməni tərəfinin ələ keçirilən iki azərbaycanlıdan müsadirə etdiyi və internetdə yaydığı videoçəkilişdəki səsləndirmədən belə məlum olur ki, kəlbəcərli Dilqəm Əhmədovla tərtərli Şahbaz Quliyevin üçüncü yol yoldaşı Cəbrayıl rayonundandır. Yeri gəlmişkən, sözügedən videoçəkilişdə Dilqəm Əhmədovla Şahbaz Quliyevə yoldaşlıq etmiş orta yaşlı soydaşımız da görüntülənib.

Modern.az saytına məlum olub ki, Kəlbəcərə - işğal altındakı torpaqlarımıza baş çəkməyə getmiş və ermənilərin “öldü” dediyi 3-cü şəxs Cəbrayıl rayonunun Mehdili kəndinin sakini Həsən Həsənovdur. H.Həsənovu tanıyanlar bildirirlər ki, o da girov götürülən digər iki soydaşımız kimi qorxubilməz adamdır. Qeyd edilir ki, Həsən özünü boş yerə ölümə verməz və onun meşədə gizlənə bildiyi mümkündür.

Həsən Həsənovun həmyerliləri bəyan ediblər ki, iyulun 16-da onunla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciət edəcəklər.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı