Modern.az

Bakı Təhsil İdarəsi: “171 saylı məktəbin direktoru barədə araşdırma başlanıb” - AÇIQLAMA

Bakı Təhsil İdarəsi: “171 saylı məktəbin direktoru barədə araşdırma başlanıb” - AÇIQLAMA

Ölkə

17 İyul 2014, 10:59

Bir neçə gündür mətbuat Bakının Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru İradə Murğuzovanın özbaşınalığından yazır. Qeyd edilir ki, banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit götürən direktor həmin vəsaiti elə onların özlərinə ödətdirməklə qanunsuzluğa qol qoyur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı Modern.az saytına qısa açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva  əməkdaşımıza bildirib ki, quruma 171 saylı orta məktəbin direktoru İradə Murğuzova ilə bağlı şikayətlər daxil olub, hazırda araşdırmalar aparılır.
O qeyd edib ki, təfərrüatlar məlum olduqdan sonra bu barədə ictimaiyyətə ətraflı  məlumat veriləcək.

 

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı