Modern.az

700 bal toplayan abituriyent danışdı: “Mənim üçün sürpriz oldu”

700 bal toplayan abituriyent danışdı: “Mənim üçün sürpriz oldu”

Ölkə

23 İyul 2014, 10:43

Ali məktəbələrə  qəbul imtahanlarında II ixtisas qrupu üzrə ən yüksək – 700 bal toplayan Samir Rzayev təəssüratlarını Modern.az saytı ilə  bölüşdü:

Qeyd edək ki, Samir Zahid oğlu Rzayev Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.
“İmtahan testlərinin cavablarını yaxşı yazdığımı bilirdim, amma 700 bal mənim üçün sürpriz oldu. 700 balı gözləmirdim. Eşidəndə heç bir şey hiss etmədim. Ailəm xəbəri eşidəndə çox sevindi”.

Samir deyir ki, imtahanlara kənarda deyil, elə oxuduğu liseydə hazırlaşıb. Yəni Bakı Türk Liseyinin təhsili ona yetərli olub.

Samir Rzayev ixtisas seçimi haqda da fikrini qətiləşdirirb. “İstədiyim ixtisas “Biznesin idarə edilməsi”dir. ADA Universitetində təhsil almaq istəyirəm”.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı