Modern.az

Hərbi ekspertdən şok AÇIQLAMA: “Rauf Mirqədirova dövlət sirlərinin hardan ötürüldüyünü mənə dedilər”

Hərbi ekspertdən şok AÇIQLAMA: “Rauf Mirqədirova dövlət sirlərinin hardan ötürüldüyünü mənə dedilər”

Ölkə

1 Avqust 2014, 12:10

“Bəzi məsələlərə aydınlıq gətirilib. Yaxın günlərdə  mən istintaqda verdiyim ifadəni və istintaqda öyrənə bildiyim bəzi informasiyalar haqqında əlvə məlumatlar verəcəyəm”. Bunu Modern.az saytına açıqlamasında jurnalist Rauf Mirqədirov işi üzrə istintaqda dindirilmiş ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov deyib. O bildirib ki, dindirilmə zamanı Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin dövlət sirri təşkil edən məlumatları Rauf Mirqədirova ötürdüyü barədə məlumatlar əldə edib”.

“Orada bir ifadə işlədildi ki, Müdafiə Nazirliyinin konkret şəxsləri tərəfindən guya,  Rauf Mirqədirova hansısa məlumatlar ötürülüb və Rauf Mirqədirov o sənədləri ermənilərlə bölüşüb. Mən orada müstəntiqə dedim ki,  nə əcəb Müdafiə Nazirliyinin həmin zabitini və yaxud da konkret şəxsləri məsuliyyətə cəlb etmirsiz?”,-deyə Ü. Cəfərov söyləyib.

O, deyib ki, həmin hadisənin üstündən neçə ay keçsə də, təəssüflər olsun ki, araşdırma hələ də  aparılmayıb.


“Nə Rauf Mirqədirov, nə Leyla Yunusun, nə də digərlərinin hərbi və dövlət sirrlərinə bağlılığı yoxdur və onlar hansısa bir dövlət və hərbi sənədlərlə işləməyiblər. Necə olar ki, bizim müdafiə və təhlükəsizliyimizlə bağlı olan sənədlər kimlərsə tərəfindən ötürülə bilər, sərbəst şəkildə düşmən əlinə verə bilər. Bu məsələlərə aydınlıq gətirilməyib”.

Ü. Cəfərov Rauf Mirqədirovun həbsindən sonra öz Facebook səhfəsində belə bir ifadə işlətmişdi: “ Dəhşətli faktlar var”. O həmçinin bu ifadəsinə də aydınlıq gətirib. 


“Dəhşətli faktlar deyəndə bunu nəzərdə tutmuşdum ki, bu qədər xüsusi təyinatlı dövlət idarəçiliyinin olduğu məqamda Müdafiə Nazirliyindən bəzi sənədlər düşmən əlinə keçib. Bu ifadəni mən elə istintaqı aparan müstəntiqdən almışdım. O qeyd etdi ki, vacib sənədlər Müdafiə Nazirlyindən Rauf Mirqədirova ötürülüb. Amma təəssüflər olsun ki, bu məslə araşdırılmadı və məlumatı ötürən şəxslər  istintiqa cəlb olunmalıdırlar”.

Baş Prokurroluq və MTN-nin birgə məlumata görə, R.Mirqədirovun Ermənistana səfərlərini Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus təşkil edib. R.Mirqədirovun dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilməsindən bir neçə ay sonra məhkəmə L.Yunus barəsində də Cinayət Məcəlləsinin dövlətə xəyanət və  digər bir neçə maddəsi ilə  həbs-qətimkan tədbiri seçib.

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı