Modern.az

Belə getsə, metroda istidən “buxarlanacağıq”

Belə getsə, metroda istidən “buxarlanacağıq”

Ölkə

16 Avqust 2014, 09:22


Yayın gəlişi özü ilə problemləri də gətirdi. Demək olar, hər gün dəfələrlə yazılmasına baxmayaraq metropolitendəki havalandırma sistemində olan problemlər hələ də öz həllini tapmayıb. Baxmayaraq ki, artıq yayı geridə qoymaq üzrəyik.

Metrodan hər gün istifadə edən sərnişinlər min bir əziyyətlə mənzil başına gedib çıxa bilirlər. Əksəriyyətin isti olmasına baxmayaraq məhz metroya üstünlük verməsi bu nəqliyyat vasitəsinin sürətli olması ilə əlaqəlidir. Bunu danmaq olmaz.

Elə bu barədə dəfələrlə açıqlama verməsinə baxmayaraq yenə də Metropoliten Qapalı Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq.

Mətbuat katibi Modern.az-a açıqlamasında bildirdi ki, metronun stansiyalarında havalandırma sistemi var. “Metropolitendə havalandırma sistemi var, normal da çalışır. İsti yalnız qatarlar tunelə girəndə olur, baxmayaraq ki, tunellərdə də havalandırma sistemi mövcuddur və normal da işləyir. Qatarların içərisində havalandırma sistemi qurmaq isə mümkün deyil. Problem stansiyanın içərisində deyil ki, orada kondisionerlər quraşdıraq, bununla da məsələ həll olunsun. Tunellərdə iş aparmaq isə asan məsələ deyil”. Problemin həll olunması üçün vaqonlarda kondisioner quraşdırılaması məsələsinə gəlincə, metropoliten rəsmisi “köhnə xətlərdəki vaqonlarda kondisioner quraşdırılması mümkün deyil, yeni xətlərdə isə mümkün olacaq”, - deyə əlavə etdi.      

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı