Modern.az

“Leyla Əliyevanın adından yayılan müraciət saxtadır” - AÇIQLAMA

“Leyla Əliyevanın adından yayılan müraciət saxtadır” - AÇIQLAMA

Ölkə

19 Avqust 2014, 13:52


Bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin heyətinə müraciət yayılıb. Məlumatda Leyla Əliyevanın "Facebook" sosial şəbəkəsindəki hesabı vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etdiyi bildirilir.

Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentindən Modern.az-a verilən məlumata görə, xəbərdə istinad olunan "Facebook" sosial şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.

Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına "Facebook" sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə hesab yaradılıb.

Fond bununla əlaqədar bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi bu ünvandadır: //www.facebook.com/aliyevaleylaofficial  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı