Modern.az

“Siyasilərin elmi fəaliyyəti” – “Elmə vaxtım olmadı”deyən Fəzail Ağamalı - RUBRİKA

 “Siyasilərin elmi fəaliyyəti” – “Elmə vaxtım olmadı”deyən Fəzail Ağamalı - RUBRİKA

Ölkə

20 Avqust 2014, 11:40


Modern.az  “Siyasilərin elmi fəaliyyəti” rubrikasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının elmi fəaliyyətindən danışılacaq. Siyasətə elmi fəaliyyətdən gələn partiya sədri hazırda tarix elmləri doktoru, professordur. 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir. Naxçıvan şəhərində orta məktəb müəllimi, Naxçıvan Dövlət Universitetinin müəllimi, baş müəllimi işləyib. Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri kimi çalışan F. Ağamalı İqtisad Universitetində dosent və professor kimi fəaliyyət göstərib.

F. Ağamalının özü də Modern.az-a verdiyi açıqlamasında siyasətə məhz elmdən gəldiyini gizlətmir: “Mən siyasi fəaliyyətə elmi-pedaqoji fəaliyyətdən gəlmişəm. Bakı Dövlət Universitetini 1971-ci ildə bitirdim. O vaxt belə bir qayda var idi ki, universiteti yüksək qiymətlə bitirənlər elmi şuranın qərarı ilə heç nə tələb olunmadan aspiranturaya qəbul oluna bilərdilər. Elmi şuranın qərarına uyğun olaraq, 1973-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasının qiyabi şöbəsinə qəbul oldum. Fəaliyyətimi Naxçıvan Dövlət Pedaqoji İnstitutunda davam etdirdim. 1980-ci ildə namizədlik  dissertasiyamı müdafiə etdim.

1992-ci ilə qədər birbaşa auditoriyada elmi-pedaqoji fəaliyyətimi davam etdirdim. Bu zaman içərisində Azərbaycan tarixinə aid müxtəlif məqalələr yazdım, həmin dövrdə bir çox ittifaq konfranslarında çıxışlar edirdim. Məqalələrim, tezislərim dərc olunurdu.  

Bundan sonra 1988-ci illərin məlum hadisələri başlayır. Hadisələrdən uzaq durmaq istəməyən F. Ağamalı siyasi proseslərlə əlaqədar paytaxta köçməli olur. Bu onun siyasi fəaliyyətində başlanğıc olsa da, elmi yaradıcılığında çətinliklərə səbəb olur. Belə ki, onu məhz siyasi mövqeyinə görə dərs dediyi universitetdən qovurlar:  

“1988-ci ildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və erməni separatist hərəkatının başlanması, Azərbaycanda baş vermiş siyasi proseslərlə əlaqədar olaraq, Gəncədən Bakıya köçdüm. Pedaqoji fəaliyyətimlə bərabər, Azərbaycanda baş vermiş olan xalq hərəkatında iştirak edən fəal üzvlərdən biri oldum. Ona görə də işləmiş olduğum İqtisad Universitetinin müəllimi kimi vəzifədən uzaqlaşdırıldım. İşsiz qaldım. Çünki, orada birmənalı şəkildə xalq hərəkatında iştirak edənlərə müsbət münasibət yox idi. Auditoriyada Heydər Əliyevlə bağlı söyləmiş olduğum yüksək fikirlər, onun Azərbaycana vermiş olduğu töhfələrlə bağlı fikirlərimi bildirdim. Bu o dövrdəki rəhbərliyin elə də xoşuna gəlmədi. Ona görə də işdən uzaqlaşdırıldım. 1991-ci ildə Təhsil Nazirliyinin müdaxiləsi nəticəsində başqa ali məktəbdə işlə təmin olundum. 1992-ci ilə qədər auditoriyada dərslərimi keçirdim. Tələbələrlə ünsiyyətdə idim”.  

2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək professor vəzifəsinə yüksəlir:

“1992-ci ildən etibarən siyasətlə məşğul olmağa başladım. Elmi-pedaqoji fəaliyyətimdə əvvəlki aktivlik artıq görünmədi. Elmi iş sərbəst vaxt tələb edir. Bu elə bir peşədir ki, digər peşələrlə vəhdəti demək olar ki, çətin alınır. Ona görə də fəaliyyətimdə bir az fasilə yarandı. Keçən əsrin axırlarından başlayaraq, yenidən vaxtilə universitetdə dərs dediyim vaxtda götürdüyüm mövzu üzərində tamamlama işləri apardım və beləliklə, “XVIII əsrin sonu XIX əsrin əvvəllərində Quzey Azərbaycan xanlıqlarında sosial-iqtisadi münasibətlər”  mövzusunda doktorluq dissertasiya işimi başa çatdırdım. Kitab dərc etdirdim. 2005-ci ildə doktorluq dissertasiyamı müdafiə etdim və 2006-cı ildə professor adını aldım. Keçən əsrin axırlarından başlayaraq, siyasi xarakterli yazılarım daha çox üstünlük təşkil etdi. Bununla bağlı 1999-cu ildə prezidentimiz İlham Əliyevlə bağlı “ İlham Əliyev böyük siyasətdə :Reallıqlar və perspektivlər” adlı fəaliyyətini əks etdirən kitab dərc etdirdim. 2003-cü ilə qədər onun fəaliyyəti ilə bağlı redaktorluğum altında 12 cildlik kitab dərc olundu.

Qeyd: Modern.az 20 avqtust 2014-c il tarixində bu başlıqlı məqalədə gedən bəzi yalnışlıqlara görə oxuculardan üzr istəyir.

Elmin Nuri
Ulduz İbrahimova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı