Modern.az

Rüşvətxor məmuru zibil qabına soxdular - VİDEO

Rüşvətxor məmuru zibil qabına soxdular - VİDEO

Ölkə

9 Sentyabr 2014, 01:47



Ukraynada adı rüşvətdə hallandırılan məmurla bağlı maraqlı hadisə baş verib. Modern.az saytı Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə sentyabrın 5-də Odessa vilayətində yaşanıb.

Belə ki, həmin gün “Pravıy sektor” adlı qeyri-hökumət təşkilatının bir qrup fəalı Sosial Sığorta Fondunun Odessa vilayətindəki yerli şöbəsinin direktor vəzifəsini icra edən Oleq Rudenkonu saxlayaraq, onu dövlət vəsaitini mənimsədiyinə görə ictimai qınağa çəkiblər.

Gənc fəallar daha sonra rüşvətxor məmura dərs olsun deyə, onu ictimaiyyətin gözü qarşısında zibil qutusuna soxublar. Bu zaman hadisəni kənardan müşahidə edənlərdən heç kim rüşvətxor məmurun haray-həşirinə əhəmiyyət verməyib.





Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri