Modern.az

Prezidentlər futbol meydançasında - FOTOLAR

Prezidentlər futbol meydançasında - FOTOLAR

Ölkə

24 Sentyabr 2014, 20:50

Dünyanın ən məşhur futbolçularının belə, dövlət başçısı olması müşkül məsələdir. Çünki dövləti ayaqla idarə etmək olmaz. Amma prezidentlərin futbolçu olması o qədər də çətin iş deyil. Meydançada onlar populyarlıq qazana bilməsələr də, hər halda topun arxasınca qaçmağı bacaracaqlar. Bunu sübut etmək üçün siyasi liderlər arabir öz məharətlərini göstərməyə vaxt tapırlar.

Modern.az saytı yaşıl meydanda top qovmağa həvəs göstərən prezidentlərdən yazır.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
siyasətdə olduğu kimi, futbol meydançasında da mükəmməldir.


Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obama
oyunda məğlub olmamaq üçün uşaqlardan ibarət komanda ilə mübarizə aparmağı qərara alıb.


Rusiya Federasiyasının prezidenti Vladimir Putin
hətta xarici səfərlərdə belə, idman bacarığını göstərməkdən zövq alır. Rusiya prezidenti siyasətçi olmasaydı, bəlkə də məşhur futbolçu ola bilərdi.


Fransa prezidentini tanımayanlar Fransua Ollandın
meydançadakı bu gərgin fəaliyyətini seyr etsəydilər, yəqin düşünərdilər ki, bu yaşlı futbolçu final oyununun sonuncu dəqiqələrində Fransa millisini qalib etmək niyyətindədir.


Çox yəqin ki, Braziliya prezidenti Dilma Roussef dünya çempionatından sonra Braziliya millisinə dərs keçmək fikrinə düşüb.


Futbola olan həvəsilə tanınan Boliviya prezidenti Evo Morales “Qadınlara qarşı şiddətə son qoymaq üçün birləşin” kampaniyası çərçivəsində Nyu-Yorkda qadınlarla futbol oynayıb. Ancaq prezident bu “şiddətə son qoymaq” əvəzinə xanım futbolçuların qapısına bir qol vurub.


Çeçenstanın dövlət başçısı Ramzan Kadırov
peşəkar futbolşulardan heç də geri qalmır.


Belarus prezidenti Aleksandr Lukaşenko
xokkey həvəskarı olsa da arabir futbol meydançasına da çıxır.


Çin Xalq Respublikasının sədri Si Cinpin
topa zərbə vurmaq ehtirasını öldürmək üçün paltosunu belə, çıxarmağa macal tapmayıb.


Almaniya kansleri Angela Merkel
isə top dalınca qaçan kişilərə azarkeşlik edir.

Yaxşı ki, prezidentlər futbolçu olmayıblar. Yoxsa müharibələr daha çox olardı. Digər bir tərəfdən isə futbolçuya yaxşı oynamağı bacaran ayaq lazımdır. Prezidentlər də isə o ayaq yoxdur. Onlarda yaxşı siyasətçi başı var. Elə başla ayağın bir fərqi də bax bundadır.

İlham Cəmiloğlu

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı