Modern.az xəbər verir ki, Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti tibbi ekspertizadan keçdikdən sonra bu gün ailəsinə təhvil verilib.
Dini ayinlərin icrasından sonra cənazə dəfn olunmaq üçün Binəqədi qəbristanlığına aparılıb.
Yol boyu Həsənin cənazəsini üçrəngli bayraq tutan yüzlərlə insan müşaiyət edib. Mərasimdə rəsmilərdən icra başçısı Mahmud Quliyev, millət vəkili Astan Şahverdiyev, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komissiyasının sədr müavini Gəray Fərhadov , həmçinin Qubad İbadoğlu, Qarabağ Azadlıq Təşkilatının üzvləri iştirak edib. Dəfn dövlət himnin oxunması ilə başa çatıb. "Şəhidlər ölməz, Vətən bölünməz" şuarı səsləndirilib. Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan Həsən Həsənov işğal altəndakı Kəlbəcər rayonunda girov götürülərək öldürülmüşdü.
3 aylıq danışıqlardan sonra mərhumun meyiti Azərbaycan tərəfə təhvil verilib.
Onunla birlikdə Kəlbəcərə - dədə-baba yurdunu ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hələ də erməni girovluğunda saxlanılır.
Gülşən RAUFQIZI