Modern.az

“Süni yumurta” iddialarına RƏSMİ CAVAB

“Süni yumurta” iddialarına RƏSMİ CAVAB

Ölkə

Bu gün, 11:50

Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı sosial şəbəkələrdə və bir sıra KİV-lərdə yayılan “köhnə”, “süni” və ya idxal yumurtalarla bağlı iddialar əsassızdır.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məlumat yayıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, ölkəyə ərzaqlıq yumurta idxal edilmir və daxili istehsal tələbatı tam şəkildə, hətta artıqlaması ilə qarşılayır:

“Azərbaycanda yumurta istehsalı daxili tələbatdan yüksəkdir. Bu səbəbdən son günlər bazarda qiymət ucuzlaşması müşahidə olunur. Belə bir şəraitdə xaricdən, özü də ‘süni yumurta’ idxal edilməsi iddiası tamamilə absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satsın? 1–3 qəpiyə satılan yumurtanın idxalı iqtisadi baxımdan mümkün deyil”, – deyə o bildirib.

M.Həsənli əlavə edib ki, Azərbaycanda süni yumurta istehsalı texnologiyası mövcud deyil və ölkədə bazara çıxarılan məhsul tamamilə yerli istehsaldır.

Assosiasiya rəsmisi vurğulayıb ki, yayılan belə iddialar yerli quşçuluq təsərrüfatlarının işgüzar nüfuzuna zərbə vurmağa yönəlib:

“Təəssüf ki, bəzi KİV-lər və saytlar da bu kimi əsassız məlumatları yayırlar”.

Qurum bir daha qeyd edib ki, ölkədə təbii yumurta istehsalı daxili tələbatı tam ödəyir və əlavə idxala ehtiyac yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV