Müdafiə Nazirliyi əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən bildirir ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.
Bu arada müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb. İlkin məlumata görə düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.


Modern.az