Modern.az

Qəbula gələn vətəndaş nazirlərdən nə istəyir? - RƏSMİ CAVABLAR

Qəbula gələn vətəndaş nazirlərdən nə istəyir? - RƏSMİ CAVABLAR

Ölkə

17 Noyabr 2014, 13:05
Nazirlərin ay əzində vətəndaşların problemlərinin həlli üçün bölgələrdə keçirdikləri görüşlər təqdirəlayiqdir. Bunu həm maddi, həm də mənəvi baxımdan vətəndaşlara dəstək hesab etmək olar. Öz yaşadığı yerdəcə probleminin həll olunması, ən azından şikayətin qeydiyyata alınması, əlavə xərc ödəmədən birbaşa nazirlə görüşmək imkanı ölkədə yaşanan inkişafın göstəricisidir. Maraqlıdır, keçirilən görüşlər zamanı daha çox hansı problemlər səsləndirilir və bunların həlli necə həyata keçirilir?

Modern.az saytı bunları nəzərə alaraq nazirliklərə suallar ünvanlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərindən verilən cavabları təqdim edirik.


Səhiyyə Nazirlyinin mətbuat xidmtəinin rəhbəri Anar Qədirli: “Cənab nazir Oqtay Şirəliyevin bölgələrə səfəri zamanı vətəndaşlar daha çox ağır cərrahiyyə əməliyyat problemləri, uşaqlarada ürək qüsurlarının olması və s. bu qəbildən olan məsələlərlə bağlı müraciət edirlər. Nazir gün ərzində orta hesabla 50-60 vətəndaşın problemini dinləyir. Şikayətlər üzrə yerli xəstəxanaların rəhbərləri və ya həkimlərə lazım gəldikdə töhmət də verilir, cəzalandırlır da. Artıq nazir iki ilə yaxındır ki, bölgələrdə vətəndaşları qəbul edir. Problemlər, nazrazılıqlar müxtəlif bölgələrdə müxtəlifdir. Görüşlər çox olduğundan konkret misallar çəkmək çətindir”.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elman Babayev:
 “Cənab nazirin ilk qəbulları zamanı əsas müraciətlər ünvanlı sosial yardımla bağlı olurdu. Hazırda bu qəbildən olan müraciətlər sıfra düşüb. Sonuncu olaraq İsmayıllıda keçirilən qəbul zamanı ümumiyyətlə, ünvanlı sosial yardımla bağlı heç bir müraciət olmadı. Bu qəbul zamanı sırf avtomobil, ev təminatı ilə bağlı müraciətlər oldu.
Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilləri və şəhid ailələrinin evlə təminatı ilə məşğuldur. Ümumi səbəbdən əlillərin evlə təmin olunması nazirin səlahiyyətinə daxil olan məsələ deyil. Amma buna baxmayaraq, nazirliyin səlahiyyətlərinə daxil edilməyən məsələlər də qaldırılır.
Biz eyni zamanda həmin müraciətlərin də qeydiyyatını apararaq, müvafiq nazirliyə ünvanlayırıq. Səlim Müslümovun qəbulu açıq qapı şəraitində keçirilir və ora girişə məhdudiyyət qoyulmur. Qəbul zamanı insanların sayı müxtəlif olur. Məsələn, Lənkəranda keçirilən qəbul zamanı gün ərzində 100-dən artıq vətəndaş, axırıncı İsmayıllı qəbulunda isə 58 vətəndaş qəbula gəlmişdi. Bölgədən asılı olaraq müraciət edənlərin sayı dəyişir. Son görüşlər zamanı olan müraciətlər sırf maariflənmə, məlumatalma xarakterli olduğundan aidiyyatı qurumlarda cəzalandırlan şəxslər olmayıb. Bir daha vurğulayıram ki, son zamanlar şikayət xarakterli müraciətlər olmur. Və eyni zamanda qəbul edilən heç bir vətəndaşın müraciəti kənarda qalmır”.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
İradə İbrahimova: “Cənab nazir Hüseyqulu Bağırovun bölgələrə səfəri zamanı daha çox müraciətlər təhlükəli ağaclar, sutəmizləyici qurğuların quraşdırılması, işlə təmin olunma ilə bağlı olur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aidiyyatı olmayan məsələlərlə də bağlı müraciətlər edilir.
Səfər edilən rayonlardan asılı olaraq vətəndaşların sayı dəyişir, bəzən 50 nəfər, bəzən 40 və s. olur.
Problemlərin həlli zamanı isə cənab nazir aidiyyatı qurumlara məsələnin həllinin yerindəcə həll olunması üçün tapşırıqlar verir. Şikayət olduqda isə komissiya yaradılır və həmin şikayətçinin iştirakı ilə məsələyə baxılır”. 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı