Modern.az

Mir Cəfər Bağırov hansı şeirinə görə Əliağa Vahidə növbəsiz mənzil vermişdi?

Mir Cəfər Bağırov hansı şeirinə görə Əliağa Vahidə növbəsiz mənzil vermişdi?

Ölkə

17 Noyabr 2014, 17:52

1922-ci ildə Cəfər Cabbarlını dörd divar arasından xilas edən Mir Cəfər Bağırov C.Cabbarlı ilə bir mollaxanada oxumuş Vahidə də 1937-ci ildə kömək əlini uzadıb.
Əliağa Vahid həmişə Mir Cəfər Bağırovun şəxsi qayğısını hiss edib. Mir Cəfər Bağırovun vaxtında şairin səkkiz kitabı nəşr olunub. Mir Cəfər Bağırovdan sonra isə şairin vur-tut beş kitabı buraxılıb. Şairin iki yüzdən çox çap olunmamış əsərləri arxivdə naşirlərin həsrətindədir.
1949-cu ildə Mir Cəfər Bağırovun göstərişi ilə Əliağa Vahidə Azərbaycanın əməkdar incəsənət xadimi adı verilmişdi. Azərbaycan rəhbərinin bir arzusu da vardı: Vahidin qəzəlləri və satirik şeirləri rus dilinə tərcümə olunsun və o, Stalin mükafatına təqdim edilsin.

Vahidə Bagırov tərəfdən aşağıdakı şeirinə görə növbəsiz mənzil verilmişdi.

Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır


Araz Vəliyev,
tarixçi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV