Modern.az

Hansı Azərbaycan diaspor təşkilatı yaxşı işləyir? - SORĞU

Hansı Azərbaycan diaspor təşkilatı yaxşı işləyir? - SORĞU

Ölkə

19 Noyabr 2014, 00:20

Bu gün Azərbaycandan kənarda məskunlaşaraq diaspor fəaliyyətilə məşğul olan xeyli  ictimai təşkilat var. Bu təşkilatlar dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını təmsil edir, Azərbaycan həqiqətlərinin təbliğiylə məşğul olur.
Azərbaycanı dünyada təmsil edən, ölkəmizlə bağlı həqiqətləri beynəlxalq aləmdə yayan, xaricdə Azərbaycanı dəstəkləyən lobbi formalaşdıran diaspor təşkilatlarından hansı daha yaxşı işləyir?

Modern.az saytı bu suala cavab almaq üçün diaspor təşkilatlarının fəaliyyətini izləyən oxucular arasında sorğu keçirir.

Hansı Azərbaycan diaspor təşkilatı yaxşı işləyir?

Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki diaspor təşkilatlarının siyahısında ən yaxşı hesab etdiyi quuma səs versin.

15 təşkilatın daxil edildiyi SİYAHIya diqqət edib, səs vermək üçün əsas səhifədə ortadan aşağı hissəyə baxın:

Azərbaycan Amerika Alyansı – sədr Anar Məmmədov (ABŞ)

Amerika Azərbaycanlıları Cəmiyyəti – Tomris Azəri (ABŞ)

Avropa Azərbaycan Cəmiyyəti – sədr Tale Heydərov (Böyük Britaniya)

Dünya Azərbaycanlıları Konqresi – həmsədrlər Sabir Rüstəmxanlı (Azərbaycan), Firudin Pərvizniya (Almaniya)

"Azəri-Çex" Cəmiyyəti – sədr Elşən Nəzərov (Çexiya)

Qazaxıstan Azərbaycanlıları Assosiasiyası – sədr Əbülfəz Xamedov (Qazaxıstan)

Rusiya Azərbaycan Gənclər Təşkilatı – sədr Leyla Əliyeva (Rusiya)

Ümumrusiya Azərbaycan Konqresi – prezident Məmmədbağır Əliyev (Rusiya)

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası – sədr İosif Şaqal (İsrail)

Belarus Azərbaycan İcmaları Konqresi – sədr Natiq Bağırov (Belarus)

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu – sədr Hikmət Cavadov (Ukrayna)

Benilüks Azərbaycanlıları Konqresi – sədr Sahil Qasımov (Hollandiya)

Avropa Azərbaycanlıları Konqresi - prezident Bahəddin Qaya (Almaniya)

Strasburq “Azərbaycan Evi” Cəmiyyəti – Mustafa Alınca (Fransa)

Azərbaycan Kültür Dərnəyi – Cəmil Ünal (Türkiyə)

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı