Modern.az

Məhəmməd xristian ölkəsində ən populyar addır

Məhəmməd xristian ölkəsində ən populyar addır

Ölkə

1 Dekabr 2014, 10:13

Böyük Britaniyada yeni doğulan oğlan uşaqlarına qoyulan ən populyar ad Məhəmməddir. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu il sözügedən ad 27 bənd yüksələrək liderlik mövqeyini əldə edərək Oliver, Cek, Noy, Qarri, Çarli və Ceyms kimi ismləri geridə qoyub. Məhəmməd adını Britaniyada ənənəvi olaraq ərəb ailələrində dünyaya gələn oğlan uşaqlarına qoyurlar. Bundan başqa, ərəb əsilli ailələr arasında Ömər, Əli və İbrahim də populyar adlar hesab olunur.

Böyük Britaniyada qız uşaqlarına verilən adlara gəldikdə, liderlik Sofiya, Emila və Lilaya məxsusdur. Bununla belə, reytinqə ərəb ölkələrində daha geniş yayılan Məryəm və Nur adları da düşüb. 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı