Modern.az

"Dekabrın sonunda əfv olacaq"

"Dekabrın sonunda əfv olacaq"

Ölkə

2 Dekabr 2014, 11:25

Novella Cəfəroğlu: “Məsələ gündəmdədir”


“Əfv məsələsi gündəmdədir. Hazırda işçi qrupu sənədləri hazırlayır”.

Bu haqda Modern.az saytına açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Hüquq müdafiəçisi onların hazırladığı siyahıda çox sayda məhbusun adının olduğunu bildirib: “Siyahıda olanların sayı çoxdur, ad çəkmək istəmirəm. Çünki bizim hazırladığımız siyahı ilə əfv olunacaqların siyahısı üst-üstə düşməyə bilər. Həm də ad çəkməklə birini sevindirib, digərinin könlünü qırmaq istəmirəm. Amma böyük ehtimalla, ümid edirik ki, dekabr ayının sonunda əfv olacaq”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı