Modern.az

Nitşe bərabərdi məncə səmavi dinlər

Nitşe bərabərdi məncə səmavi dinlər

Ölkə

26 Dekabr 2014, 12:13

psixoloq

Nitşe yaradıcılığına “Antixrist” əsərini daxil etməklə məncə insan psixologiyasının özünü aça bildi. Nitşedən insanlıq bəhrələnib, inkar edib və bu proses davam da edir. Nitşenin “Antixrist”i dinlərin insan həyatına göstərdiyi təsiri, onların təfəkküründə buraxdığı izləri açıq-aydın izah edir.

“Antixrist” əsərini oxuduqda dinlərin insan həyatına göstərdiyi təsiri görə bilən başqa bir xətt yaranır, əsas olan o xətti tutmaqdır. Və bu, bir az da duyum məsələsidir. Təbiətdən gəlmiş olan duyum… başqa düşüncələrlə bulanmamış, süni instiktlərlə təbiiliyi içində basdırılmamış bir duyum...

Nitşe bu əsəri ilə təkcə xristianlığa deyil, insanı, təbiəti, təbiiliyi inkar edən bütün sistemlərə qarşı çıxış edir. Səmavi dinlər yaranandan sonra insana məxsus olan təbii xüsusiyyətlər-ağıl, düşüncə, idrak, sevgi, nifrət, qəzəb, güc, iradə, qorunmaq, qorumaq və digər bütün təbii keyfiyyətlər insanda sıxışdırılıb çıxarıldı, dinlər insanlığın, təbiiliyin ziddinə gedərək öz qanunlarını yaratdılar, bu qanunları insanlığa yeritdilər. Əqidə formasına saldılar. Öncələr bu əqidəni insanlara yeridərkən daha çox özünü aldatmağa bənzədi, amma sonralar dini əqidələr o qədər gücləndi, insanlıqda o qədər kök saldı ki, bir növ atadan oğula miras keçməyə başladı və artıq bu dini yalanlar atadan oğula keçəndə dini əqidəyə çevrildi.

 Əqidə insanı düşünmür. O qoyulmuş qanunlarla hərəkət edir, onu sorğu-suala çəkmir. Sorğu-sual başlayan kimi əqidə həmin insanı məhv etməyə çalışır. Çünki tüstünü üfürdükcə o tədricən oda çevrilir. Qorxdular, çox qorxdular, öz iradələrini insanlığın üzərində itirməkdən, əqidə kimi yox olub getməkdən qorxdular. İnsanlığın üzərində daimi hökmə malik olmaq üçün təbii olan hər şeyi, onlara qarşı yaranan ən xırda sorğu-sualı belə, insanın ruhunda dərin bir quyuya basdırdılar - günahdır deyə. Nə baş verdi? Əqidənin bütün prinsipləri instinktə çevrildi. Təbii instinktlərimizi itirdik, onun yerinə dinin instinktlərini içimizdə cücərtdik, dəyişdik, harmoniya pozuldu, balans itdi.

 Sonradan ruhumuza yerləşdirdiyimiz yalançı instinktlər yad bir cisimmiş kimi heç cür ruhumuza, bədənimizə öyrəşmədi, damarlanmadı, sinirlənmədi, kapsul əmələ gətirmədi. İrinlədi, amma içimizdən atıla bilmədi, ata bilmədik, atmağa qoymadılar, çünki bu cür idarə etmək, nəzarətdə saxlamaq daha asan olur. Sanırsan ki, onlar nə etdiklərini bilmədilər? Bildilər, insanlığı məhv etdiklərini, təbiətin əleyhinə olduqlarını bildilər. Amma tutduqları yoldan çəkinmədilər, güclü olmaq üçün çiçəkləndilər, insanları bir-birinə düşmən etdilər, müharibələr yaratdılar, bundan qocunmadılar, alovlandırlar düşmənçiliyi.

Təki insan öz təbii xüsusiyyətlərinin olduğunu xatırlamasın, təki bu süni instinktlər miras keçsin nəsildən-nəsilə. Təki kin, nifrət, intiqam dalğası qruplar yaratsın, bu qruplar süni savaşlarla həmişə yaşasın. Bu pərdə insanın gözünü örtdü, həmişəlik. İnsanın içində bəzən paradoksal hisslər yaranır, bu paradoksallıq belə insanı hürküdür, çünki təbiiliklə sünilik qarşılaşır, süniliyin tərəfdarları çox güclüdür, təbiilik isə təkdir, onu əzirlər, əzilməsi insanı əzir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı