Modern.az

Yiyəsiz (işıqsız) Qobu...

Yiyəsiz (işıqsız) Qobu...

Ölkə

8 Yanvar 2015, 22:12

Səhər tezdən - təxminən saat 6-dan Qobuda işıq sönüb, üstündən az qala bir sutka keçə, işıqlar hələ də yanmır... İndi nə deyəsən, səlahiyyət sahiblərindən, cavabdeh şəxslərdən kimi söyəsən, kimə dişinin dibindən çıxanı deyəsən ki, az da olsa, ürəyin soyuya, hirsin yata...Axı, bu, birinci dəfə deyil ki, baş verir... 9 ildir (Qobuda yaşadığımız gündən) eyni mənzərədir, yayı-qışı belədir, o gün, o həftə, o ay olmur ki, işıq sönməsin, xüsusilə də bir az külək, qar, yağış, çovğun olan kimi işıqlar saatlarla, hətta, günlərlə yanmır... Amma bir əlac qılan yoxdur... Heç kimin tükü (qılı) da tərpənmir... Cavabdeh, məsul şəxslər sanki insan deyillər, daşqəlbli məxluqatlardır...İnsan olsaydılar, belə biganə, laqeyd, məsuliyyətsiz, vicdansız olmazdılar... Hələ güclü qar-boran yoxdur, vəziyyət belədir, gör güclü qar-çovğun olsaydı, nələr olardı... Amma bu gedişlə daha betəri olacaq...

Səhər tezdən bu yana özüm şəxsən "Azərenerji"dəki tanışıma bəlkə 10 dəfə zənf etmişəm, danışmışam, yalvar-yaxat etmişəm, bəlkə 10 dəfə mesaj yazmışam, amma nəticə yoxdur ki, yoxdur... Ona gah deyirlər ki (o da mənə deyir) ki, yalandır, işıqlar sönməyib, işıqlar yanır, gah deyirlər ki, bəzi yerlərdə yanır, bəzi yerlərdə yox, gah da deyirlər ki, iş gedir, qırılan xətləri tapmırlar... Bəs yay-yaz uzunu hardaydınız, bələdiyyə qarşışıq canınız çıxıb aidiyyatı qurumlar qarşısında məsələ qaldıraydınız, qırılan xətləri düzəldəydiniz, yeni xətlər çəkəydiniz də ?... Amma yox, bunları başqa məsələlər maraqlandırır, işıq yandı, yanmadı bunlara nə...

Bəzən məni həddən ziyadə aqressivlikdə, olanları şişirtməkdə, ağlayıb-sızlamaqda "ittiham edənlər" də tapılır... Guya ki, bununla-bu məsələləri dilə gətirməklə, yazmaqla-pozmaqla başqa məqsəd(lər) güdürəm... Nə deyim vallah... Belələrinə deyiləcək sözüm yoxdur... Allahları bilsin, özləri bilsin... Əgər başlarının üstündəki Böyük Yaradanı da görüb-hiss edirlərsə...

Hə, birdən deyərlər ki, işıq yoxdursa, bu adam harda yazır, dərhal həmin ağzıgöyçəklərin nəzərinə çatdırıram ki, həyat yoldaşımı və iki qızımı qaranlıq, işıqsız, zülmət evdə (növbəti dəfə) qoyub, eyni zamanda, yollar(mız)ın pis gündə olması səbəbindən şəhərdəki qohumlarından birinin evində gecələmək məcburiyyətində qalmşışam, bunları da onların evindən-kompüterindən yazıram...
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı